20:13 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
HADİSƏ
Qısa URL
3810

Paytaxt sakinlərinə və sürücülərə ağacların olduğu yerlərdən uzaq durmaları tövsiyə edilir

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinə paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar 8 müraciət daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin müraciətlərə mütəxəssislər tərəfindən baxılaraq müvafiq tədbirlər görülüb.

O. Məmmədov bildirib ki, ağacların budaqlarının sınması ilə əlaqədar ən çox müraciət Nəsimi, Yasamal rayonları ərazisindən daxil olub: "Qeyd edim ki, küləyin sürəti yüksək olan ərazilərdə ağacların budaqlarının sınması hallarına daha çox rast gəlinir. Ona görə də paytaxt sakinlərinə və sürücülərə ağacların olduğu yerlərdən uzaq durmaları tövsiyə edilir".

O.Məmmədov həmçinin qeyd edib ki, ağacların hava şəraiti nəticəsində sınması halları ilə rastlaşan vətəndaşlardan 012 570-73 30 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.

Əlaqədar

Hava ilə bağlı növbəti xəbərdarlıq
“Güclü küləyin fəsadlarının qarşısını almaq üçün tədbirlər görülür” – Azərişıq
Bu gün çox diqqətli olun - Umayra Tağıyevadan hava ilə bağlı xəbərdarlıq

Əsas mövzular