10:00 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
50 0 0

Qubada toy karvanında baş verən qəza 6 nəfərin xəsarət almasına səbəb oldu

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Qələdüz kəndi ərazisində baş verib.

Şadlıq sarayı istiqamətində hərəkət edən toy karvanının qarşısında hərəkət edən avtomobillərdən biri qarşı tərəfdən yüksək sürətlə gələn "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 6 nəfər yaralanıb.

Xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan Sputnik Azərbaycan-a verilən xəbərə görə, hadisə nəticəsində 2-si qadın olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar - 1966-cı il təvəllüdlü Qəmbər Babayevə bədənin əzilməsi, 1966-cı il təvəllüdlü Sahibə Babayevaya kəllə-beyin travması, 2000-ci il təvəllüdlü Sənubər Səfərovaya kəllə-beyin travması, 1984-cü il təvəllüdlü Alim Qədirova başın sıyrılmış yaraları,  1961-ci il təvəllüdlü Təranə Əlixanovaya bədənin sıyrılması, 1992-ci il təvəllüdlü Tərlan Əlimirzəyevə də bədənin sıyrılması diaqnozu qoyulub.

Məlumata görə, artıq yaralılardan 4-ü evə buraxılıb, digər iki nəfərin vəziyyəti isə ağırdır.

Teqlər:
Quba, qəza, toy

Əsas mövzular