Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada dəhşətli faciə: Azərbaycanlılar diri-diri yandılar

© Sputnik / Anton Podgayko / Mediabanka keçidРаботник МЧС России, фото из архива
Работник МЧС России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstixanada yanğın zamanı 4 nəfər hadisə yerində, 1 nəfər xəstəxanada ölüb

BAKI, 31 iyul — Sputnik. Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.

Qadın sürücü - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda istirahət mərkəzində faciə - 3 yaşlı uşaq öldü

Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizi yanıb. Xəstəxanaya çatdırılan yaralı tibb mərkəzində keçinib.

Kirov vilayətində Azərbaycan diasporunun rəhbəri Elnur Hüseynovun veridyi məlumata görə, ölənlərin hamısı azərbaycanlılardır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü şəxslərdir. Ölənlərdən biri istixananın sabiq rəhbəridir.

2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə, ümumilikdə, 20 işçi olub.

Xəbər lenti
0