CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran gəmisi Lənkəran yaxınlığında qəzaya uğrayıb

© apaHelikopter
Helikopter - Sputnik Azərbaycan
Abunə olmaq
Qərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru-yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Сухогрузы - Sputnik Azərbaycan
Şimali Koreyada Rusiya gəmisi saxlanıldı

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Dəniz Agentliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, qərargah tərəfindən FHN-in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musavi faktı Sputnik Azərbaycan-a təsdiqləyib.

Səfirlik rəsmisi hadisənin təfərrüatı barədə yaxın saatlarda əlavə məlumat veriləcəyini bildirib.

Xəbər lenti
0