14:28 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı yeni məlumat

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
23 0 0

Hazırda araşdırma aparılır.

BAKI, 20 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyi Şirvanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan nazirliyin saytına istinadən bildirir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Şirvan şəhərində toy mərasimi zamanı pirotexniki vasitələrin tüstüsündən zəhərlənən şəxslərin sayı 19 nəfərə çatıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən əlumatına görə, bunu Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və Anesteziologiya şöbəsinin müdiri Famil Yüsifov deyib. Şöbə müdiri bildirib ki, xəstəxanaya qazda boğulma diaqnozu ilə 19 nəfər müraciət edib: "Zəhərlənənlər boğazda qıcıqlanma, öskürək və huşun müəyyən qədər itirilməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilərək oksigen verilib və lazımi müayinə və müalicələr aparılıb. Xəstələrin hamısı kafi vəziyyətdə ambulator müalicəyə buraxılıb".

Əsas mövzular