CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrana gedən altı uşaq anası ehtiyatsızlığının qurbanı oldu

© Sputnik / Rahim MuradovPolis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
"Suyun üzərində paltarını, suyun kənarında isə ayaqqabısını tapıblar"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Astarada 48 yaşlı qadın bədbəxt hadisənin qurbanı olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə əsasən, hadisə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovayın su anbarında baş verib. Astara rayonu Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Canhəsən qızı Məmmədova ehtiyatsızlıqdan su anbarına yıxılaraq boğulub.

© Sputnik / Rahim MuradovMeyitin maşına yüklənməsi
İrana gedən altı uşaq anası ehtiyatsızlığının qurbanı oldu - Sputnik Azərbaycan
Meyitin maşına yüklənməsi

Mərhumun qohumu Alış Babayevin sözlərinə əsasən, o, yoldaşı ilə İran İslam Respublikasına getmək istəyirmiş: "Biz tərəfdə su anbarı var, mərhum Ağabacı Məmmədova da ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına tərəf gedib. Anbarın kənarları çox sürüşkəndir. Həyat yoldaşı Bəşir Əzizov isə onu yol kənarında gözləyib və 15 dəqiqədən artıq müddətdə yoldaşının gəlmədiyini görüb, su anbarının kənarına gəlib.

Водолаз во время поисково-спасательной операции, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Gəncədə 4 yaşlı körpə çayda boğuldu
Əraziyə gəldikdə isə qadının orada olmadığını, suyun üzərində paltarını, suyun kənarında isə ayaqqabısını aşkar edib. Bundan sonra həyat yoldaşının suda batdığını anlayaraq özü suya girib və yoldaşının cansız bədənini çıxarıb. Qadına süni nəfəs və ürək masajı edilsə də, həyatını xilas edə bilməyiblər".

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qeyd edək ki, mərhum A.Məmmədova 6 övlad anası idi. Məlumat üçün bildirək ki, sözügedən Lovayın su anbarında son iki il ərzində 6-cı boğulma hadisəsidir.

Xəbər lenti
0