12:32 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Astara rayon polis şöbəsi, arxiv şəkli

Azərbaycanda hələ tikilməmiş məktəbi soydular

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
21 0 0

Tikintidən oğurlanan 3000 manatlıq material geri qaytarılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxsi saxlayıblar.

İkraməli Kakayev
© AR DİN mətbuat xidməti
İkraməli Kakayev

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi  məlumata əsasən, Astara rayonu Kijəbə qəsəbəsinin sakini A.Laçınov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilərək saxlanılıb. İ.Kakayevin oğurladığı 20 bağlama 3000 manat dəyərində döşəmə taxtası saxlanılan şəxsin evinin zirzəmisindən aşkar edilərək götürülüb və aidiyyati üzrə təhvil verilib.

Hazırda oğurluq faktı ilə bağlı davam etdirilir.

Teqlər:
məktəb, oğurluq

Əsas mövzular