18:43 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Yanğınsöndürən alovla mübarizə aparır, arxiv şəkli

Sabirabad səhəri güclü yanğınla açdı

CC0 / Skeeze / Firefighter
HADİSƏ
Qısa URL
74 0 0

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib

BAKI, 16 iyul — Sputnik. Bu gün səhər saatlarında Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın baş verib.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirlyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, ilkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 kv.m olan 2 mağaza və ümumi sahəsi 7650 kv.m olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 kv.m sahədə (ümumi 1130 kv.m) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əsas mövzular