Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə yaralananlardan biri dünyasını dəyişdi

© AZƏRTACŞəki Xan sarayı
Şəki Xan sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılardan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

BAKI, 15 iyul - Sputnik. Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, yaralılardan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Xəbər lenti
0