22:26 25 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
203 0 0

Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki, xəsarət alan bir qadın təcili tibbi yardım maşını ilə Bakıya aparılacaq

BAKI, 14 iyul - Sputnik. "Bir qadın təcili tibbi yardım maşını, 3 nəfər isə helikopter vasitəsi ilə Bakıya göndəriləcək".

Bunu Şəki Xan sarayının həyətində Xan çinarın budağının qırılması nəticsəsində 19 nəfər xəsarət alması barədə jurnalistlərin suallarını cavablandıran Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev  bildirib.

Nağıyev hazırda digər müvafiq dövlət qurumlarının əməkdaşlarının da hadisə yerində olduğunu deyib: "Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 12 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər Rusiya, 5 nəfər Suriya vətəndaşıdır. Hazırda xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir. Bir nəfərin vəziyyəti ağırdır. Fövqəladə Hallar Nazirliyinin helikopteri artıq Şəkidə aeroportdadır. Bakıdan təcrübəli mütəxəssislər Şəkiyə gəlib".

Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki, xəsarət alan bir qadın təcili tibbi yardım maşını ilə Bakıya aparılacaq: "Digər 3 nəfər isə helikopter vasitəsi ilə Bakıya göndəriləcək".

Əsas mövzular