Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəki Xan sarayının həyətində bədbəxt hadisə baş verdi

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir
Şəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir - Sputnik Azərbaycan
Abunə olmaq
Şəki Xan sarayında faciə: Xan Çinarının bir budağı turistlərin üstünə aşıb, xəsarət alanlar var

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 iyul - Sputnik. Şəki xan sarayının qarşısındakı yaşı 500 ilədək olan Xan Çinarlardan birinin iri budağı qırılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinini verdiyi məlumata görə, nəticədə Xan sarayını ziyarətə gələn turistlər arasında xəsarət alanlar var. 

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

© Sputnik / Nigar IskanderovaŞəkidə Xan Çinarı
Şəki Xan sarayının həyətində bədbəxt hadisə baş verdi - Sputnik Azərbaycan
Şəkidə Xan Çinarı

Qeyd edək ki, bu il iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Saray kimi onun həyətindəki qoşa çinar da tarixiliyini qoruyub saxlayır. Məlumata görə, həyətdəki qoşa xan çinar ağaclarının 489 yaşı var. Bu isə o deməkdir ki, həmin ağaclar bu günədək keşiyini çəkdikləri tarixi binadan 232 il daha yaşlıdır. Bu ağaclar illərdir tarixi binaya baş çəkən turistləri günəşdən, sarayı isə küləkdən, yağış və qardan qoruyur...

Xəbər lenti
0