11:16 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Qatar, arxiv şəkli

Bakı-Tbilisi qatarındakı olayın səbəbi bilindi

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
116 0 0

Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb

BAKI, 9 iyul — Sputnik. Ötən gecə Bakı-Tbilisi qatarında yaranmış problemin səbəbi məlum olub.

Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib: "Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb".

QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.

Əsas mövzular