Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səhəri bəd xəbərlə açdıq: Ağır qəzada 8 nəfər yerindəcə öldü

© OXUMasallıda baş verən dəhşətli qəza
Masallıda baş verən dəhşətli qəza - Sputnik Azərbaycan
Abunə olmaq
“Mercedes” markalı mikroavtobus və “KamAZ” markalı yük maşını toqquşub

İradə Cəlil, Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Masallıda səhər saatlarında ağır avtomobil qəzası baş verib.

Yardımlı rayonunda ağır qəza - Sputnik Azərbaycan
HADİSƏ
Lənkəranda ağır qəza: Ölən və yaralananlar var

Sputnik Azərbaycan xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə zamanı 8 nəfər ölüb bir nəfər xəsarət alıb.

İlkin məlumata görə, ölənlərdən 4-ü kişi, biri qadın, 2-si məktəb yaşlı uşaq, daha biri isə 3-4 yaşlı körpə olub. Xəsarət alan 1995-ci il təvəllüdlü qadın reanimasiyadadı.

Qəzaya düşən “Mercedes”un sərnişinləri toya gedirlərmiş.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0