22:19 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
HADİSƏ
Qısa URL
104 0 0

"BakuBus" MMC-nin avtobusu "Ford"la toqquşub

BAKI, 7 iyul — Sputnik. Gecə saatlarında Suraxanı rayonu ərazisində, Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, "Ford" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində 175 saylı xətt marşrutu üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.

Əsas mövzular