Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə daha bir azərbaycanlı qadın öldürüldü – İntim əlaqə versiyası

© AFP 2023 / OZAN KOSETürkiyədə təcili yardım avtomobili
Türkiyədə təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Kişi ona "sevişək" deyib, qarşılıq almayanda vurub öldürüb

BAKI, 6 iyul — Sputnik. Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda Gürcüstan vətəndaşı olan azərbaycanlı qadın qətlə yetirilib.

Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadla xəbər verir ki, 60 yaşlı Afət Məmmədli ötən gecə yaşadığı evin qarşısında güllələnib.

Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Keçmiş baş nazirin kəndində dəhşətli qətl törədildi

İlkin məlumata görə, qonşular atəş səsi eşidərək, polis çağırıblar. Polislər olay yerində 60 yaşlı qadının cəsədini aşkar ediblər. Meyit ekspertiza üçün Ankara Tibb Qurumuna aparılıb. Evdə iki boş giliz aşkar edilib.

Bəzi məlumata görə, qadın kirayə yaşadığı evin sahibi tərəfindən öldürülüb. Hadisə yerindən qaçan ev sahibi saxlanılıb.

Digər məlumatda isə qeyd edilir ki, qadını eyni evdə qaldığı rəfiqəsinin sevgilisi öldürüb. 47 yaşlı kişi A.Məmmədliyə intim əlaqə təklif etsə də, qadın bunu rədd edib və bundan sonra güllələnib.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

Xəbər lenti
0