Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda itkin düşdü, sorağı Moskvadan gəldi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidТуристы на Красной площади в Москве.
Туристы на Красной площади в Москве. - Sputnik Azərbaycan
Abunə olmaq
Onun heç kimə heç nə demədən yoxa çıxmasının səbəbi bilinmir

BAKI, 6 iyul — Sputnik. Bakıda itkin düşdüyü deyilən Rusiya vətəndaşı tapılıb.

TikTok mobil tətbiqi - Sputnik Azərbaycan
Qadın itkin düşmüş ərini "TikTok"da tapdı

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də Heydər Əliyev Hava Limanından Moskva şəhərinə yola düşüb.

Xatırladaq ki, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə polisə məlumat verərək, onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxaraq itkin düşdüyünü bildirmişdi.

 

Xəbər lenti
0