CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda avtomobil 5 yaşlı uşağı əzdi

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralı əməliyyat olunub

BAKI, 4 iyul — Sputnik. Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsi, 28 may küçəsində 2015-ci il təvəllüdlü Həsənli Uğur Dəyanət oğlunu “VAZ 2107” markalı avtomobil vurub.

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. O, əməliyyt olunub. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0