CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotacirin fantaziyası işləmədi: 2 kq heroini əlindən alındı

CC0 / habelfrank / washСтиральный порошок, фото из архива
Стиральный порошок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İrandan gələn Azərbaycan vətəndaşının yükündə heroin aşkarlanıb

BAKI, 1 iyul — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və yoxlama aparılıb. Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaşın əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli əşyaların təsviri görünüb.

Nəticədə bir ədəd zənbildəki qarışıq ərzaq yüklərinin yanında olan iki ədəd yuyucu toz qutularının içərisindən gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan bağlamada, ümumi çəkisi 1998,8 qram açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Xəbər lenti
0