CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü külək Bərdədə fəsadlar törətdi

© Sputnik / Shahperi AbbasovaGüclü küləyin yaratdığı fəsadlar
Güclü küləyin yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
Külək Bərdədə iri gövdəli ağacı aşırıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 29 iyun - Sputnik. Ölkə ərazisində axşama doğru başlayan güclü külək Bərdədə fəsadlar törədib. Belə ki, rayon sakini Vüsal Vüsalzadənin Sputnik Azərbaycanın bölgə müxbirinə verdiyi məlumata görə, Bərdə şəhərinin Bakı küçəsində güclü külək iri gövdəli tut ağacını aşırıb. Avtomobillərin və piyadaların sıx gediş-gəlişini nəzərə alsaq xoşbəxtlikdən xəsarət alan olmayıb.

Güclü küləyin yaratdığı çətinliklərdən biri də  işıqların tez-tez sönməsidir. Demək olar ki, yarım saatdan bir işıqlarda açılmalar olur.

Onu da qeyd edək ki,güclü küləyin ardınca leysan yağış başlayıb.

Xəbər lenti
0