Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qayınatasına güllə atmaq üçün Bakıdan Ağcabədiyə gedən kürəkən tutuldu

© © DİN-in mətbuat xidmətiSaxlanılan şəxsdən götürülmüş tir tüfəngi
Saxlanılan şəxsdən götürülmüş tir tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
Ağcabədidə qayınatasının evinə tüfəngdən atəş açan Bakı sakini saxlanılıb

BAKI, 26 iyun - Sputnik. Bakı şəhər sakini T. Quliyevin avtomobilinə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 25-də Bakı şəhər sakini T. Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qayınatası M. Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

T. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

Xəbər lenti
0