Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada 80 yaşlı qadına hörmətsizlik edən soyğunçu ələ keçdi

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanıldı

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 iyun - Sputnik. Astarada polis 80 yaşlı qadının pullarını və pensiya kartını oğurlayan şəxsi saxlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan verilən məlumata görə, Astara rayonunun Seləkəran kənd sakini S. Ələskərova Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbəsinin sakini Fariz Baxşiyev olduğu müəyyən edilib və o, saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, F. Baxşiyev S.Ələskərovanın təqaüdünü bankomatdan aldığını görərək onu izləyib və qadının marşrut avtobusunu gözləyərkən oturduğu skamyanın üzərinə qoyduğu pulqabısını oradan oğurlayıb.
Hazırda F.Baxşiyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.

Xəbər lenti
0