Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qubada itkin düşmüş uşaq tapılaraq ailəsinə təhvil verilib

CC0 / jarmoluk / childAğlayan uşaq
Ağlayan uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-nə gətirilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 26 iyun - Sputnik. Qubada itkin düşmüş uşaq tapılaraq ailəsinə təhvil verilib.

DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 25-də gecə saat 3 radələrində Quba rayon sakini Ceyhun Cəfərov Rayon Polis Şöbəsinə azyaşlı uşağının itməsi barədə məlumat verib. Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-nə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Uşağın valideyni Ceyhun Cəfərov itkin düşən övladının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə, eləcə də RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Sahil Əhmədova və polis nəfəri, polis serjantı Azər Rüstəmova dərin minnətdarlıqlarını bildirib.

Xəbər lenti
0