17:18 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Sankt-Peterburq şəhəri, arxiv şəkli

Rusiyada azərbaycanlı öz həmyerlisini soyub

© Sputnik / Aleksey Danichev
HADİSƏ
Qısa URL
18 0 0

Sankt-Peterburqda azərbaycanlı iş adamı soyulub

BAKI, 26 iyun - Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərinin hüquq-mühafizə orqanları 59 yaşlı azərbaycanlı iş adamının zərər gördüyü böyük məbləğdə soyğun hadisəsinin üstünü açıb.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Zərərçəkmişin sözlərinə görə, o, iyunun 23-də gecəni Petroqrad rayonundakı yapon restoranında az tanıdığı həmvətəni ilə keçirib. Məkandan ayrılandan sonra iş adamı pullarının, cib telefonunun və qiymətli daşlarla bəzənən qızıl üzüyünün itdiyini anlayıb. Dəymiş ümumi zərər, təxminən, 2,5 milyon rubla bərabər olub.

Keçirilən operativ-əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburqun hüquq-mühafizə orqanları oğurluqda şübhəli bilinən şəxsi saxlayıblar. Bu, Azərbaycandan olan 40 yaşlı işsiz olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Əsas mövzular