Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kənd sakinləri həyəcan təbili çalır: yırtıcılar kəndə hücum edib

© AFP 2023 / MIGUEL MEDINAВолки, фото из архива
Волки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yırtıcılar Qax sakinlərinə ziyan vurublar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  26 iyun — Sputnik. Əsasən qış aylarında kəndlərə hücum edən yırtıcı heyvanlar bu dəfə yayda peyda olublar. Hadisə Qax rayonunun İbaxlı kəndində baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, kənd sakini Zöhrab Mustafayevə məxsus iribaşlı heyvan canavarların hücumuna məruz qalıb. Növbəti gün isə Z. Mustafayevin oğlu Sərxan Mustafayevə məxsus inək yırtıcıların hücumuna məruz qalıb. Hər iki heyvanı xilas etmək mümkün olmayıb.

Kənd sakinlərinin sözlərinə görə, yay aylarında yırtıcıların, xüsusi ilə canavarların hücumu gözlənilməz hadisədir.   

Xəbər lenti
0