Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyəyə gedən gənc faciəli şəkildə öldü – Bir neçə avtomobil vurdu

© AP Photo / Emrah GurelTürkiyədə təcili yardım
Türkiyədə təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Ölümün səbəbi araşdırldıqdan sonra cənazə dəfn edilmək üçün Azərbaycana göndəriləcək

BAKI, 26 iyun — Sputnik. Türkiyəyə bacısının yanına istirahətə getmiş gənci avtomobil vuraraq öldürüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə dünən axşam 18:30 radələrində Yalovanın Altınova qəsəbəsində baş verib.

Mətbuat prospektində zəncirvari qəza - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda zəncirvari qəza: 6 maşın bir-birinə girdi - FOTOLAR

Məlumata görə, Azərbaycandan bacısının yanına istirahətə gedən Hüseyn Zilfioğlu işıqforun qırmızı işığında velosipedlə yolu keçməyə çalışarkən onu ard-arda iki avtomobil vurub.

Belə ki, əvvəlcə 21 yaşlı gənci M.T. adlı sürücünün idarə etdiyi 34ABF616 dövlət nömrə nişanlı avtomobil vuraraq 56AY211 dövlət nömrə nişanlı avtomobilin üzərinə atıb. Bir müddət bu avtomobil onu sürüdükdən sonra gənc yolun kənarında dayanmış 56LSA70 dövlət nömrə nişanlı avtomobilin altına düşüb.

Hadisə yerinə polis və təcili yardım çağırılıb. Hüseyn Zilfioğlu hadisə yerində ölüb. Onun cənazəsi Bursa morquna aparılıb. Ölümün səbəbi araşdırıldıqdan sonra cənazə dəfn edilmək üçün Azərbaycana göndəriləcək.

Qəza anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Xəbər lenti
0