CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Megafun"da insident: ikisi uşaq olmaqla 6 nəfər yaralandı

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Megafun"da ailə tədbirlərinin birində helium şarları animatorların ehtiyatsızlığından partlayıb

BAKI, 22 iyun — Sputnik. "Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

SHACMAN qəza - Sputnik Azərbaycan
HADİSƏ
Zaqatalada ağır qəza olub: 2 ölü, 1 yaralı

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi polis-mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0