CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda hindistanlıları öldürən sürücü həbs edilib

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidЗаключенный в наручниках
Заключенный в наручниках - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib

 

BAKI, 19 iyun — Sputnik. İyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi "Toyota" markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi "Ford" markalı, 90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Включенный аварийный сигнал - Sputnik Azərbaycan
HADİSƏ
Ağır qəza 5 nəfərin yaralanması ilə nəticələnib

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, qəza nəticəsində "Ford" markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopalın hadisə yerində vəfat etmişdi. Digər sərnişinlər Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və "Toyota" markalı avtomobilin sərnişini Qızılgül İbrahimova xəsarət almışdı.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla H.Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutulub

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0