21:26 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
İt

Bərdədə uşaqlı anaya it hücum edib

CC0 / SplitShire / mad dog
HADİSƏ
Qısa URL
78 0 0

Hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 19 iyun - Sputnik. Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib. Belə ki, özlərinə məxsus həyətdə paltar yuyarkən qonşudan gələn it onun azyaşlı uşağına hücum edib. Körpəsini qorumaq üçün iti qovmaq istəyən ananın özü də heyvanın hücumuna məruz qalıb. Köməksiz vəziyyətdə olsa da, Lalə Məmmədova iti həyətdən qova bilib. Ancaq, itin hücumu zamanı ana və onun körpəsi xəsarət alıb. Köpək ananın qollarını və ayaqlarını dişləyib. Körpə isə üz nahiyəsindən yaralanıb.

Ana və körpəsi dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksinləniblər.

Onların vəziyyəti kafi qiymətləndirilir. Lalə Məmmədova və körpəsi evə buraxılıb.

Əsas mövzular