CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquqşünas səhiyyə işçilərini döyən şəxsləri gözləyən cəzadan danışdı

© Sputnik / Murad OrujovКареты скорой помощи
Кареты скорой помощи - Sputnik Azərbaycan
Abunə olmaq
Təcili yardım briqadasının həkimləri hakimiyyət nümayəndələri və ya vəzifəli şəxslər hesab edilmirlər

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, ötən həftə Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları iş başında ikən hücuma məruz qalaraq müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisədən bir gün sonra isə Milli Məclisin plenar iclasında həkimlərin və pasiyentlərin hüquqlarının qorunmasına dair yeni qanun layihəsi hazırlanıb. Qeyd olunub ki, yaxın zamanda müzakirəyə çıxarılacaq layihədə sözügedən məsələlər əksini tapacaq.

Maraqlıdır, iş başında ikən göstərilən zorakılığa görə qarşı tərəfi hansı məsuliyyət gözləyir? Sputnik Azərbaycan-ın suallarını hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvi Azər Nağıyev cavablandırıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşlarına hücum edən şəxsləri gözləyən məsuliyyətdən danışan hüquqşünas qeyd edib ki, ilk növbədə yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi ilə bağlı ekspert rəyi olmalıdır: "Bundan sonra həmin şəxs və ya şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələrindən (126, 127, 128, 129, 130 və s.) birinə əsasən cinayət işi başlanıla bilər. Əgər təcili yardım həkimlərinə hücum ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizliklə ifadə olunarsa, o zaman həmin şəxs və ya şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq 221-ci maddəsinə əsasən də cinayət işi başlanıla bilər. Buna misal olaraq, poliklinikada, tibb müəssisəsində sözügedən əməllərin törədilməsini göstərmək olar".

Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
SƏHİYYƏ
Təcili yardım xidmətinin baş həkimi Səhiyyə Nazirliyinin hərəkətinə mat qalıb

"O ki qaldı xidməti vəzifəsini həyata keçirməklə bağlı Cinayət Məcəlləsinin müvafiq 315-ci maddəsinə, həmin maddə ilə cinayət işi başlanılması istisna olunur. Çünki, həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə nəzərdə tutulmuşdur", – deyə həmsöhbətimiz əlavə edib.

Hüquqşünas bildirib ki, "hakimiyyət nümayəndəsi" termini ilə bağlı anlayış isə Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində əksini tapıb: "Orada deyilir: "Bu fəslin maddələrində "vəzifəli şəxs" dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

Автомобиль скорой помощи, попавший в ДТП - Sputnik Azərbaycan
HADİSƏ
Bərdədə təcili yardımın əməkdaşlarına hücum edildi

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; ..."

Bu isə o deməkdir ki, təcili yardım briqadasının həkimləri hakimiyyət nümayəndələri və ya vəzifəli şəxslər hesab edilmirlər: "Odur ki, bu cür hallarda yalnız ümumi qaydada məsuliyyət tədbirləri tətbiq edilə bilər".

Xəbər lenti
0