Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki rayonda taxıl sahəsi yanıb külə döndü

© Sputnik / Ilham AhmadovQəbələdə taxıl sahəsi və Kamaz markalı yük maşını yanı
Qəbələdə taxıl sahəsi və Kamaz markalı yük maşını yanı - Sputnik Azərbaycan
Abunə olmaq
Göyçay və Kürdəmirdə olay: Yanğının qəsdən törədildiyi güman edilir

BAKI, 16 iyun — Sputnik. Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər sahələrə, eləcə də pambıq sahəsinə keçməsinin qarşısı alınıb.

Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda güclü yanğın

Göyçay rayonunda da böyük ərazidə yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu gün saat 14.00- radələrində rayonun Yeniarx kənd qəbiristanlığında başlayan yanğın qısa vaxtda geniş əraziyə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, eləcə Ucar, Ağdaş və İsmayıllı rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub.

Hava küləkli olduğu üçün alov qısa vaxtda qəbiristanlıqdan yaxınlıqdakı taxıl sahələrinə keçib. Hadisə zamanı həyətyanı sahələrin çəpərləri, meyvə ağacları, qəbiristanlıqda 2 hektar ərazidə ot, ağac, kol, eləcə də yaxınlıqdakı 10 hektar taxıl sahəsi yanıb.

Hazırda kənd qəbiristanlığında və yaxınlıqdakı taxıl sahələrində yanğın məhdudlaşdırılıb, yanğın ocaqlarının tam söndürülməsi istiqamətində işlər davam edir.

Qeyd edək ki, yanğının kim tərəfindən törədildiyi hələ məlum deyil. Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0