15:34 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
73 0 0

Bakıda ağır yol qəzası baş verib, yaralananlar var

BAKI, 14 iyun - Sputnik. Bu gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, əks yolda hərəkətdə olan maşın Heydər Əliyev Hava Limanı istiqamətində şütüyən avtomobilin qarşısına çıxaraq qəza törədib. Nəticədə Təcili Tibbi yardım maşını da olmaqla, beş minik avtomobili biri-birinə çırpılıb. Beş nəfər yaralanıb.

Zəncirvari qəza zamanı 1978-ci il təvəllüdlü Həmidova Gültəkin Allahverdi qızı, 2001-ci il təvəllüdlü Allahverdiyeva Aysel Ayaz qızı, 1980-ci il təvəllüdlü Allahverdiyeva Ləman Allahverdi qızı və 1995-ci il təvəllüdlü Həsənli Abbas Tağı oğlu xəsarət alıblar.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Əsas mövzular