03:09 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Dənizdə batan adam. Arxiv şəkli

Suda batmaqdan xilas edilənlərin statistikası açıqlandı

CC0 / greekfood-tamystika / pool
HADİSƏ
Qısa URL
13 0 0

İyun ayının 1-dən etibarən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları çimərlik ərazilərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

BAKI, 13 iyun — Sputnik. "Son 12 gün ərzində Buzovna, Mərdəkan, Dənizkənarı bulvar ərazisi və Pirşağı çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib".

Sputnik Azərbaycan-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Əlili bildirib.

O, bildirib ki, çimərlik mövsümünün açıq elan edilməsinə 3 gün qalsa da, iyun ayının 1-dən etibarən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları çimərlik ərazilərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

A. Əlili deyib ki, ötən il ölkə üzrə 304 nəfər suda boğulan şəxs xilas edilib. Həmin şəxslər çay, göl və dənizdə boğulmaq təhlükəsi ilə üzləşiblər.

Qeyd edək ki, çimərlik ərazilərinə gedən sərnişin avtobuslarında və metrolarda xüsusi baner vurulacaq. Həmin banerlər və löhvələrdə dənizdə təhlükəsizlik qaydaları izah olunur.

Əsas mövzular