Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ev yandı, sahibi isə...

© pixabay / SkeezeПожарники тушат огонь
Пожарники тушат огонь - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

Şahpəri  Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 iyun - Sputnik. Bu gün günorta saatlarında Qax rayonunda yanğın hadisəsi baş verib. Beləki, rayonun Alatəmir kəndində Tartaraşvili Barda Platonoviçə məxsus, ümumi sahəsi 160 kv. m olan, birmərtəbəli kürsülü fərdi yaşayış əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın zamanı xəsarət alan olmasa da evin sahibi güclü stress keçirib. Nəticədə o, sudurqa keçirib. Xəstə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstənin vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0