CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tut ağacından yıxılan uşağın həyatı risk altındadır

© Sputnik / Murad OrujovTəcili tibbi yardım maşını, arxiv şəkli
Təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Əliyev oğlunun vəziyyətinin birdən-birə ağırlaşmasını həkimlərin uşağa yaxşı baxmaması ilə izah edib.

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Bir neçə gün öncə Bakının Sabunçu qəsəbəsində tut ağacından yıxılaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 11 yaşlı Sənan Əliyevin vəziyyəti ağırdır. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Sənan Əliyevin atası Elman Əliyev verib.

Qeyd edək ki, yeniyetmə kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elman Əliyev övladının səhhətinin həddindən artıq ağır olduğunu deyib.

Разрушенные в ходе войны дома в оккупированном Арменией азербайджанском городе Шуша - Sputnik Azərbaycan
QARABAĞ
Atəşkəs dövründə 34 uşaq terrorun qurbanı olub

"Ayın 5-də uşaq tut ağacından, yəni ki, 3 metr məsafədən kürəyi üstdə yıxılaraq kəllə-beyin travması alıb. Xəstəxanada həkimlər uşağın kəllə sümüyündə sınıq olduğunu, beyninə qan sızdığını dedilər. Həyati risk qalmaqdadır", - deyən Əliyev oğlunun halının qəflətən pisləşdiyini qeyd edib.

"Xəstəxanaya yatırıldığı gün telefonda anası ilə danışmışdı, huşu yerində idi. Həkimlər dedilər ki, reanimasiyadan palataya köçürəcəklər. Lakin həmin günün axşamı zəng gəldi ki, uşağın halı pisləşib, komadadır. Bizi xəstəxanaya çağırdılar. Uşağın heç bir reaksiyasının olmadığı deyildi", - Əliyev əlavə edib.

Atanın sözlərinə görə, həkimlər onlara heç bir ümid vermir: "Uşağın beyni dayanıb, sadəcə, ürəyi işləyir, nəfəs alır. Həkimlər deyirlər ki, ümid Allahadır. Amma bizə söz vermişdilər ki, uşaq yaxşı olacaq. Hər şey yaxşı idi, uşağın huşu da yerində idi. Onun halı birdən-birə dəyişdiyi üçün bizə elə gəlir ki, uşağa yaxşı baxmayıblar. Gərək həkim belə xəstənin yanından ayrılmayaydı, onu tez-tez müayinə edəydi".

E.Əliyev bildirib ki, hadisə İmdad adlı həkimin növbəsində baş verib.

Azyaşlının durumu ilə bağlı adıçəkilən xəstəxanadan Sputnik Azərbaycan-a verilən məlumat da ürəkaçan deyil: "Uşağın vəziyyəti çox ağırdır. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Beyni sıradan çıxıb".

Xəbər lenti
0