08:07 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Bakıdakı qəza intihar olub – Cinayətin dəhşətli təfərrüatı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
413 0 0

Sürücü sevgilisini oğurladığı avtomobildə öldürüb, intihar etdi

BAKI, 3 iyun — Sputnik. Bakıda avtomobilin dərəyə yuvarlanması faktı ilə bağlı bəzi məqamlar məlum olub.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində "Ravon Nexia" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində ölən şəxslərin adları məlum olub.

Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını avtomobildə bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb.

Həmçinin V.Abdullayevin həmin avtomobili oğurladığı məlum olub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Əlaqədar

Bakıda avtomobil dərəyə yuvarlandı – Ölənlər var

Əsas mövzular