CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada ağır qəza: 4 nəfər yaralandı, 15 yaşlı qız öldü

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonunun dağ kəndlərindən olan Təxtənəkəran kəndi ərazisində "Niva" markalı avtomobil yoldan çıxaraq aşıb

BAKI, 2 iyun – Sputnik. Astarada ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan ONA—ya istinadla xəbər verir ki, qəza rayonunun Bakı-Astara yoluna yaxın olan Vaqo kəndində qeydə alınıb.

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda ağır qəza: Ata və 10 yaşlı oğlu öldü

Rayonunun dağ kəndlərindən olan Təxtənəkəran kəndi ərazisində, 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərovun idarə etdiyi "Niva" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü ilə birgə 4 sərnişin - 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova və 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti daha ağır qiymətləndirilən Aytəkin Səfərova vəfat edib.

Yol qəzasının təfərrüatları araşdırılır.

Xəbər lenti
0