CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobus vuran uşaqlardan yeni xəbər var

© Sputnik / Murad OrujovTəcili Tibbi yardım maşını, arxiv şəkli
Təcili Tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Paytaxtda 108A saylı sərnişin avtobusunun vurduğu uşaqların vəziyyəti orta-ağırdır. Bu barədə Sputnik Azərbaycana Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən məlumat verilib. Şöbədən bildiriblər ki, avtobusun törətdiyi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki uşaqdan biri hazırda reanimasiyadadır: “Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan uşaqların vəziyyəti orta-ağırdır. Onlardan biri hazırda reanimasiyada saxlanılır, digəri Mərkəzin Uşaq Cərrahiyyə Korpusuna köçürülüb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycana bildiriblər ki, yol qəzasında xəsarət alan uşaqlar “piknik”ə gedərkən, yolu keçən zaman ehtiyatsızlıqdan hadisə baş verib.

Xatırladaq ki, bu gün Bakının Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Mehdiabadda 108 saylı marşrut avtobusu 8 yaşlı bir qız və bir oğlanı vurub. Hər iki uşaq Kliniki Tibbi Mərkəzə aparılıb.

Автомобильные пробки в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda qəza olub, ciddi tıxac yaranıb

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 1-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Elnur Şiriyevin 108A nömrəli marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı, 10-TG-550 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yolu keçən piyadalar - 2012-ci il təvəllüdlü Sevgi Quliyeva və Nahid Babayevi vurub onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. 

Aparılan istintaqla hadisənin Elnur Şiriyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

İstintaq-əməliyyat tədbirləri nəticəsində E.Şiriyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0