CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda intihara cəhdin detalları məlum oldu

© Sputnik / Murad OrujovBakı Metropoliteninin Nəriman Nərimanov stansiyası
Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər sakini 54 yaşlı Asya Əmirova özünü qatarın altına ataraq, intihara cəhd edib

 

BAKI, 31 may — Sputnik. Xəbər verildiyi kimi, bu gün metronun "28 May" stansiyasında intihara cəhd hadisəsi baş verib.

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliten"in mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə səhər 9.35 radələrində baş verib. Bakı şəhər sakini 54 yaşlı Asya Əmirova özünü qatarın altına ataraq, intihara cəhd edib. Dərhal qatarın hərəkəti dayandırılıb. Metrpolitenin təlimat tələblərinə uyğun olaraq, gərginlik dayandırılıb, sərnişinlər qatardan çıxarılıb: "İntihara cəhd edən qadın qatarın altından çıxarılıb. O salamatdır. Artıq təcili tibb yardıma təhvil verilib".

Xəbər lenti
0