CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çində güclü daşqınlar 10 minlərlə hektar ərazini su altında qoyub

© pixabay / Hans BraxmeierDaşqın
Daşqın - Sputnik Azərbaycan
Abunə olmaq
Daşqının verdiyi zərərlər bu saata qədər 200 milyon dollar məbləğində dəyərləndirilir.

BAKI, 30 may — Sputnik. Çinin cənubunda daşqınlar davam edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təbii fəlakət zonasında 350 minə yaxın insan var. Yerli Fövqəladə Hallar nazirliyinin məlumatına görə artıq 7 nəfər həlak olub.

Təhlükəsiz rayonlara artıq 50 min nəfər təxliyə edilib. Daşqın 9 şəhər və 30 əraziyə təsir edib. Ərazilərdə 80-ə yaxın yaşayış evi dağılıb. 1500 -ə yaxın ev zərər görüb.

Dövlət əhəmiyyətli avtomagistrallarda hərəkət dayandırılıb. On min hektarlarla ərazini su basıb.

Daşqının verdiyi zərərlər bu saata qədər 200 milyon dollar məbləğində dəyərləndirilir.

Xəbər lenti
0