Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş baş nazirin kəndində dəhşətli qətl törədildi

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Boğaz nahiyəsindən xəsarətlər yetirilərək qətlə yetirilən 25-30 yaşlı qadının Bakı şəhər sakini Alyona Yanqarova olduğu müəyyən edilib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 28 may - Sputnik. Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib , müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.

Tovuzda qətl hadisəsi - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda baş vermiş dəhşətli qətlin üstü açılıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycanın bölgə müxbirinə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Yevlağın Qaramanlı kəndinin sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Varvara kəndi Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun doğulduğu kənddir.

Xəbər lenti
0