16:42 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
374 0 0

Hücumun səbəbi bilinmir

BAKI, 28 may - Sputnik. Yaponiyanın Kavasaki şəhərində bir nəfər avtobus dayanacağında məktəblilərə hücum edib. Sputnik Azərbaycan xəbər verir ki, nəticədə 16 məktəbli qız və 2 valideyn bıçaqlanıb. Bir şagird və valideynlərdən biri (30 yaşlı kişi) həlak olub.

Polis cinayətkarı yaxalamaq istəyəndə o özünü də bıçaqlayıb. Cinayətkar qanaxmadan ölüb.

NHK-in məlumatına görə, dörd məktəblinin və digər valideynin (qadın) da vəziyyəti ağırdır. Şagirdlər Caritas özəl məktəbində birinci sinifdə oxuyurmular.

Hücumun səbəbi bilinmir.

Əsas mövzular