Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bulvarda qanunsuz balıq ovlayan şəxs saxlanıb

© Sputnik / Murad OrujovЛюди на Бакинском приморском парке
Люди на Бакинском приморском парке - Sputnik Azərbaycan
Abunə olmaq
Su Polisi Dənizkənarı Bulvarda torla qanunsuz balıq ovlayan şəxsi saxlayıb

BAKI, 27 may - Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dənizkənarı Bulvar İdarəsinin ərazisində torla qanunsuz balıq ovlayan şəxsi saxlayıb.

İdarədən verilən məlumata görə, tədbir nəticəsində Mirmehdi Mansurov dənizə tor atmaq istəyən zaman polislər tərəfindən tutulub.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları M.Mansurova bu cür balıq tutmağın qanunsuz olduğunu, həmçinin may-sentyabr ayları arasında balıq ovunun qanunvericiliklə qadağan olduğunu vətəndaşın diqqətinə çatdırıblar.

İsti havalarda balıq tutulandan sonra 24 saat müddətində, soyuq havalarda isə 48 saat müddətində satılmalı və istifadə edilməlidir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Balıq ovu kəskin azaldıldı, qadağa qoyuldu

Qeyd edək ki, son günlər Bakı Buxtasının bir neçə nöqtəsində balıq ovlamaq üçün yararsız tor hissələri aşkar olunub. Bu isə guya Dənizkənarı Bulvar İdarəsi ərazisində qanunsuz balıq ovunun təşkil edildiyi barədə qeyri-dəqiq informasiyaların yayılmasına səbəb olub. Su Nəqliyyatında Polis İdarəsinin vətəndaşların nəzərinə çatdırır ki, həmin torlar Xəzər dənizinin digər hissələrinə tullantı kimi atılan və külək vasitəsilə Dənizkənarı Bulvar ərazisinə gəlib çıxan balıqovlama vasitələridir. Bununla yanaşı, əhalidən Dənizkənarı Bulvar ərazisində balıqçı torları ilə rastlaşdıqları təqdirdə, Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02 və 012-433-38-12 nömrələri ilə əlaqə saxlamaları xahiş edilir. Bununla yanaşı, idarə əməkdaşları tərəfindən dənizə ölü balıqlar buraxan şəxslərə də qarşı mübarizə gücləndirilib. Bəzi dırnaqarası balıqçılar bilərəkdən insanlar arasında dənizə zəhərli maddələr atıldığını və bu səbəbdən balıqların öldüyü barədə həqiqətə uyğun olmayan məlumatlar yaymağa çalışırlar. Buna səbəb isə həmin şəxslərin qanunsuz balıq ovlamağa cəhdlərinin qarşısının vaxtında alınmasıdır.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz balıq tutan və adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparılacaq.

Xəbər lenti
0