11:58 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Yol-patrul xidmətinin avtomobili qəza yerində

Paytaxtda avtoqəza olub, yaralananlar var

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
56 0 0

Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub, yaralılar var

BAKI, 26 may - Sputnik. Bakının Sabunçu rayonunda yol qəzası olub.

ONA-nın məlumatına görə, avtoqəza Ramana qəsəbəsi ərazisində, Şuşa şəhərciyi yaşayış massivində qeydə alınıb.

"Volkswagen" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti daha ağırdır. Yaralıların xəstəxanaya çatdırılması üçün əraziyə təcili tibbi yardım maşınları cəlb olunub. Qəza nəticəsində avtomobillərə də ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib və müayinələr aparılıb. Qəzanın səbəbləri araşdırılır.

Əsas mövzular