23:05 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
45 0 0

Hadisə yerlərlərinə FHN əməkdaşları cəlb edilib

BAKI, 25 may — Sputnik. Bərdə rayonunun Böyük Göyüşlü kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunda da yanğın hadisəsi baş verib. Rayonun Bəhmətli kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 1 ton ot bağlamasının 0,5 tonu, xarici divarında quraşdırılan elektrik sayğacı və 2 p.m kabel yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Daha bir yanğın hadisəsi Ağdaş rayonunda qeydə alınıb. Burada "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əsas mövzular