CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azyaşlı suda boğularaq öldü

© pixabay / greekfood-tamystikaBatan adamın suda axtarılması, arxiv şəkli
Batan adamın suda axtarılması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 may - Sputnik. Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Sakinlərin Sputnik Azərbaycan-a verdiyi xəbərə görə, hadisə rayonun Cimi kəndi ərazisində qeydə alınıb. 

3 yaşlı Yusif Abdullayevlə onun qohumu və həmyaşıdı Qızbikə Abdullayeva evlərindən 1 km aralıdakı çayın yanında oynayarkən suya düşüblər. Qızbikə Abdullayeva yaxınlıqdakı balıqçılar tərəfindən çaydan çıxarılaraq xilas olunub, Yusif Abdullayevi isə xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0