21:57 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
181 0 0

Ekspertizanın nəticəsində müəyyən edilib ki, Aqil Əzizovun sağlamlığına yüngül xəsarət yetirilib

BAKI, 22 may — Sputnik. Bu gün kütləvi informasiya vasitələrində Cəlilabad rayonunda müəllimin döyüldüyünü əks etdirən video yayılıb. İddialara görə, 60 yaşlarında olan müəllim qız şagirdə sataşdığı üçün həmin qızın yaxınları tərəfindən döyülüb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 17-də Cəlilabad rayon Uzuntəpə kənd 3 saylı məktəbin ibtidai sinif müəllimi Aqil Əzizov Cəlilabad Rayon Polis şöbəsinə müraciət edərək, 1 gün öncə axşam saatlarında bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib.

"Müraciət Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırılıb. Ekspertiza təyin edilib. Ekspertizanın nəticəsində müəyyən edilib ki, Aqil Əzizovun sağlamlığına yüngül xəsarət yetirilib" - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, Aqil Əzizovun döyülməsinə səbəb şagirdlər arasında yayılan dedi-qodular olub: "Guya Əzizov həmin məktəbin 9-cu sinif şagirdinə sataşıb. Araşdırma zamanı hər iki tərəfin - Aqil Əzizov və məktəblinin izahatı alınıb. Və şayiələr təsdiqini tapmayıb".

"Tərəflərlə söhbət aparılıb və şayiələrin, sadəcə dedi-qodu xarakterli olduğu bildirilib. Tərəflər arasında barışıq olub. Amma bütün bunlara baxmayaraq, hadisə ilə bağlı polisə müraciət edildiyi üçün Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb" - deyə DİN-dən vurğulanıb.

Teqlər:
DİN, məktəb, polis, şagird, müəllim

Əsas mövzular