Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tovuzda kütləvi zəhərlənmə

© Sputnik / Murad OrujovОснащение кареты скорой помощи, фото из архива
Оснащение кареты скорой помощи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 20 may — Sputnik. Tovuzda bir ailənin 5 üzvü balıqdan zəhərlənib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1985-ci il təvəllüdlü Rəşad Əliyev, 1986-cı il təvəllüdlü Mehriban Məmmədova və onların 3 övladı balıqdan zəhərlənib. Zəhərlənən uşaqlar - 2011-ci ili təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci ili təvəllüdlü Həsən Rəşad oğlu Əliyev və 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyevadır.

Onlara ilkin tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin yaxşı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0