00:21 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Наручники и пачки денег на столе, фото из архива

Bakıda qadın ərinin pulunu xərclədi və qorxudan polisi aldatdı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
133 0 0

Ərinin pulunu xərcləyən qadın polisə yalan məlumat verib

BAKI, 14 may - Sputnik. Binə qəsəbə sakini olan qadının quldurluqla bağlı polisə yalan məlumat verməsi aşkar olunub. 

Sputnik Azərbaycan-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib. 

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. 2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb.

Nəticə olaraq qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Əsas mövzular