05:18 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
Xəstəxana. Arxiv şəkli

İkinci mərtəbədən yıxılan məktəblidən xəbər var

© Sputnik / Aleksey Kudenko
HADİSƏ
Qısa URL
68 0 0

"O, hazırda reanimasiyadadır, vəziyyəti orta-ağır və stabil olaraq qalır" - Səhiyyə Nazirliyi

BAKI, 14 may — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunda yerləşən 273 saylı tam orta məktəbin VIII sinif şagirdi, 14 yaşlı Dmitri Dusin məktəbin 2-ci mərtəbəsindən yıxılıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəblinin diz qapağında sınıq yaranıb.

Orta məktəb, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Eyni zamanda onun dirsək oynağında da sınıq aşkarlanıb: "O, hazırda reanimasiyadadır, vəziyyəti orta-ağır və stabil olaraq qalır".

Dünən yayılan məlumata əsasən, VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən tullanıb.

Əlaqədar

Bağçalar və orta məktəblərlə bağlı şad xəbər
Məktəbdən proyektor oğurlayanlar saxlanılıb
Məktəbdə daha bir insident: Bu dəfə uşaq 2-ci mərtəbədən düşdü
Nazir sözünü dedi: "Orta məktəblərdə din tədris olunmayacaq"

Əsas mövzular