Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəlilabadda film kimi olay: Polislə narkotacirlər arasında atışma düşüb

CC0 / zgmorris13 / pistolМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digər “Hyundai” markalı avtomobildə olan naməlum şəxs atəş açaraq uzaqlaşıb

BAKI, 13 may — Sputnik. Cəlilabadda polislə narkotacirlər arasında atışma olub. Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Polis maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Binəqədidə restoranda atışma olub, yaralılar var

Məlumata görə, polis əməkdaşları içərisində narkotik vasitələr satan şəxslərin olduğu “Hyundai” markalı avtomobili saxlayıb.

Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti BMW markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşаd Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulublar. Onlardan heroin götürülüb.

Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digər “Hyundai” markalı avtomobildə olan naməlum şəxs atəş açaraq maşını sürərək uzaqlaşıb.

Şiraslan adlı həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs atəşin ona tərəf açıldığını düşünərək üzərindəki silahdan havaya bir neçə dəfə atəş açıb və maşını sürərək hadisə yerini tərk edib. O, bir qədər irəlidə avtomobili aşırıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0